Bu il İspaniyada 344 min hektar ərazi yanıb.
Manset.az xəbər verir ki, bu barədə Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumat yayıb.
Avqustun əvvəlindən etibarən, 300 min hektar ərazinin böyük hissəsi yalnız son üç həftədə külə dönüb.
Hazırda Qalisiya, Kastiliya və Leon, Asturiya və Ekstremadura bölgələrində yanğınlar davam edir. 5300 nəfər təxliyə edilib, 4 nəfər həlak olub. Baş nazir Pedro Sançes, zərər çəkmiş bölgələrə səfər edib.
Yanğınların nəzarət altına alınması üçün hələ 2-3 gün lazım olacaq.