ABŞ-nin Qərbi Virciniya ştatının Karbon dağı bölgəsində atışma baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə yaralanıb.
Mount Carbon polisinin verdiyi məlumata görə, atışma ştatın cənub hissəsində baş verib. Səlahiyyətlilər hadisə yerində bir nəfərin həyatını itirdiyini, üç nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb. Yaralılar xəstəxanada müalicə alır.
Cinayətkərın isə hadisə yerində intihar etdiyi bildirilib. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.