Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari, Qəzza zolağında atəşkəs üçün aparılan danışıqların irəlilədiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, o, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə Həmas və İsrail arasında sıx diplomatik təmasların davam etdiyini bildirib.
Ənsari, Həmasın qəbul etdiyi atəşkəs təklifinin İsrailin əvvəlki təsdiqlədiyi elementlərlə üst-üstə düşdüyünü, lakin hələlik İsraildən rəsmi cavab alınmadığını qeyd edib.
Qətər, ABŞ və Misir, atəşkəsin daimi razılaşmaya aparacağını vurğulayıb və razılaşmanın ən qısa zamanda elan ediləcəyini bildiriblər.
Həmas, Misir və Qətərin təklif etdiyi yeni atəşkəs və əsir mübadiləsi təklifini qəbul etdiyini açıqlayıb.