Bu ölkədə leysan yağışları 21 nəfərin həyatına son qoydu

14:14 - 21 Avqust 2025

Bu ölkədə leysan yağışları 21 nəfərin həyatına son qoydu

Hindistanın Maharaştra ştatında avqustun 15-dən 19-na kimi yağan güclü leysan yağışları fəlakətə səbəb olub.


Manset.az “The Times of India”-ya istinadən xəbər verir ki, daşqın və torpaq sürüşmələri nəticəsində 21 nəfər həlak olub.

Ştatın Mumbai şəhərində yağışların yaratdığı təhlükə səbəbindən 400-500 nəfər təxliyə edilib. Musson yağışlarının təsiri ilə baş verən bu cür təbii fəlakətlər hər il Hindistan və Cənubi Asiyanın digər ölkələrində geniş miqyasda görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az