Bu ölkədə güclü zəlzələ oldu

09:26 - 22 Avqust 2025

Bu ölkədə güclü zəlzələ oldu

Cənubi Amerika ölkəsi Çilinin cənubunda 7,5 bal gücündə güclü zəlzələ qeydə alınıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin, Çili Antarktika yarımadasının sahillərindəki Dreyk keçidi olduğunu bildirib.

Zəlzələ, təxminən 10,8 kilometr dərinlikdə baş verib və Argentina ilə Çilinin bir çox şəhərlərində hiss olunub. Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik və Okeanoqrafiya Xidməti (SHOA) hadisədən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edərək, sahil boyu müxtəlif bölgələrdə boşalma əmri verib.

SHOA, xüsusilə sahilyanı ərazilər, qayalı sahillər, bataqlıq ərazilər, çayların mənsəbləri və digər yüksək riskli bölgələrdə vacib tədbirlərin görülməsini tələb edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az