Nigeriyada bu il baş verən güclü yağışlar nəticəsində 228 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlar 25 ştatı əhatə edib.
Bəyanatda, bu fəlakət nəticəsində 495 nəfərin yaralandığı, 114 nəfərin isə itkin düşdüyü qeyd edilib. Daşqınlar, həmçinin 21 257 evin dağılıb və ya zədələnməsinə səbəb olub.
Agentlik, 71 min 400 nəfərin evlərini tərk etməyə məcbur olduğunu, 209 min 666 nəfərin isə daşqınlardan birbaşa zərər gördüyünü açıqlayıb. Daha çox torpaq sahələrinin zədələndiyi də bildirilən məlumatlarda, 76 rayonda ümumilikdə 23 481 torpaq sahəsinin zədələndiyi vurğulanıb.