İsrail Sənada husilərə hava zərbələri endirdi

18:31 - 24 Avqust 2025

İsrail Sənada husilərə hava zərbələri endirdi

İsrail Ordusu Yəmənin paytaxtı Sənada husilərin hədəflərinə hava zərbələri endirib.


Manaet.az xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, husilərin lideri əl-Husinin qərargahı tamamilə dağıdılıb. Əməliyyat planlarına raket bazaları və yüksək rütbəli husi məmurlarının məhv edilməsi də daxildir.

İsrail mediası xəbər verir ki, Ordu bir yanacaq anbarını və iki elektrik stansiyasını da hədəfə alıb.

Bildirilir ki, hazırki hücum avqustun 22-də husilərin ilk dəfə İsrailə kasetli bomba atmasına cavabdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az