Ukrayna ordusu Donetsk vilayətində uğurlu əks-hücumlar həyata keçirib və üç yaşayış məntəqəsini azad edib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram"da məlumat yayıb.
"Qoşunlarımız uğurla əks hücuma keçərək Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeltonıy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər. Vəziyyət həqiqətən ağırdır, düşmən əsas səylərini cəbhənin bu hissəsində cəmləyib. Amma biz müdafiə xəttini saxlamalıyıq", - deyə baş komandan əlavə edib.