Traktorla yük maşını toqquşdu - Ölən və yaralananlar var

17:59 - 25 Avqust 2025

Traktorla yük maşını toqquşdu - Ölən və yaralananlar var

Hindistanın Uttar Pradeş ştatında ağır yol qəzası baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Hadisə Əliqarh və Bulandşəhr sərhədində baş verib. Traktorla yük maşınının toqquşması nəticəsində 9 nəfər həyatını itirib, 42 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəsmilər bildiriblər ki, yük maşını, Racastan əyalətinə zəvvarları aparan traktor qoşqusuna çırpılıb. Qəzanın daha da ağır olmasına səbəb isə traktora quraşdırılmış qoşqunun iki mərtəbəli konstruksiyaya çevrilməsi olub.

Xəsarət alan şəxslərə kompensasiya ödəniləcəyi açıqlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az