"Biz liderlər formatında görüşməyə hazırıq" - Zelenski

09:31 - 26 Avqust 2025

\"Biz liderlər formatında görüşməyə hazırıq\" - Zelenski

Ukrayna Prezidenti Zelenski ABŞ-də yerləşən X sosial media platformasında ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdüyünü açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, liderlər formatında görüşməyə hazır olduqlarını və bu formatın əsas məsələlərin həlli üçün vacib olduğunu bildirib.

Zelenski, ABŞ-nin Ukraynanın təhlükəsizlik strukturu üzrə rolunu yüksək qiymətləndirərək, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və digər vasitələrin istifadə edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin, o, Ukrayna və ABŞ arasında hərbi əməkdaşlığın önəmini qeyd edib və Trampın Rusiya tərəfindən saxlanılan uşaqları vətənə qaytarmaq üçün şəxsi səylərini davam etdirəcəyinə ümid etdiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az