Türkiyənin Diyarbəkir şəhərində iki qrup arasında baş verən silahlı döyüş nəticəsində 2 nəfər ölüb, biri ağır olmaqla 5 nəfər yaralanıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hər iki qrup dava etdikdən sonra küçədə qarşılaşaraq maşınlarından düşərək tapançalarla bir-birlərinə atəş açmağa başlayıblar. Atışma bölgədə qorxu və panikaya səbəb olub.
Hadisə barədə məlumat alındıqdan sonra əraziyə çoxsaylı tibb və polis qrupları göndərilib. Atışma zamanı 7 nəfər güllə yarası alıb və onlara tibbi yardım göstərildikdən sonra şəhər xəstəxanalarına aparılıb.
Hadisəni törədən şəxslərin tutulması üçün araşdırmalar davam etdirilir.