Bu ölkədə silahlı hücum oldu - 2 polis məmuru öldü

14:59 - 26 Avqust 2025

Bu ölkədə silahlı hücum oldu - 2 polis məmuru öldü

Avstraliyanın Viktoriya ştatının Porepunkah qəsəbəsində bu gün səhər saatlarında baş vermiş silahlı hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib, bir nəfər isə yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum edən şəxs hadisə yerindən qaçıb və onun kimliyi hələlik məlum deyil. Şübhəli şəxsin tapılması məqsədilə genişmiqyaslı axtarış əməliyyatı başlatılıb. Ərazidəki vətəndaşlara evdə qalmaları və növbəti xəbərdarlığa qədər ərazini tərk etməmələri xatırladılıb.

Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az