İlin əvvəlindən İspaniyada baş verən meşə yanğınlarının sahəsi 410 min hektarı keçib ki, bu da 2024-cü ilin bütün göstəricisindən demək olar ki, 10 dəfə çoxdur.
Manset.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İspaniyanın baş naziri Pedro Sançes daha əvvəl bəyan etmişdi ki, ölkədə yanğınlarla bağlı vəziyyət hələ də ciddidir. “Español” qəzetinin məlumatına görə, yanğınlar səbəbindən ölkənin bir sıra regionlarından minlərlə insan təxliyə edilib.
Xidmətin məlumatına görə, yanvar ayından iyulun sonunadək ölkə ərazisində (əsasən şimal və qərb hissələrində) azı 252 yanğın hadisəsi qeydə alınıb, nəticədə 411 315 hektar ərazi yanıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə qeydə alınan 219 yanğının sahəsi 42 615 hektar təşkil edib.
Bundan əlavə, 500 hektardan çox ərazini əhatə edən meşə yanğınlarının sayı artıb.
2025-ci ildə yanğınların təsirinə məruz qalan ərazilər də 2023-cü (371 yanğın, 91220 hektar) və 2022-ci illərin göstəricilərini üstələyib. İndiyədək 493 yanğın nəticəsində 306555 hektar ərazinin yandığı rekord 2022-ci il hesab edilirdi.