Vladimir Putinlə ABŞ-nin prezidenti Donald Tramp arasında qurulan dialoq qlobal miqyasda ciddi dəyişikliklərə səbəb ola bilər.
Manset.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev bildirib.
Dmitriyev bu fikrini sosial şəbəkədə paylaşdığı Putin və Trampın Alyaskadakı görüşünə aid foto ilə ifadə edib. O, paylaşımında qeyd edib: “Putin və Trampın dialoqu dünyanı dəyişəcək. Bu, qlobal təhlükəsizliyi və rifahı təmin edəcək.”