Əfqanıstanın paytaxtı Kabildə sərnişin avtobusunun aşması nəticəsində 25 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.
Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Əbdülmətin Kani bildirib ki, hadisə Kabildə baş verib. Onun sözlərinə görə, sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Kani qəzanın sürücünün səhlənkarlığı səbəbindən baş verdiyini qeyd edib.