Bu ölkədə də məktəblərdə smartfonlardan istifadə qadağan edildi

12:41 - 27 Avqust 2025

Bu ölkədə də məktəblərdə smartfonlardan istifadə qadağan edildi

Cənubi Koreya parlamenti məktəblərdə dərs saatları ərzində mobil telefon və ağıllı cihazların istifadəsini qadağan edən qanunu qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, qanun 2026-cı ilin martından qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, yalnız əlil şagirdlər, xüsusi təhsil alanlar və fövqəladə hallar istisna olacaq.

Təhsil rəsmiləri və mütəxəssislər smartfon asılılığının şagirdlərin təhsilinə, beyin inkişafına və emosional vəziyyətinə mənfi təsir göstərdiyini bildirirlər.

Statistikaya görə, ölkə əhalisinin 25%-i, 10–19 yaşlı gənclərin isə 43%-i mobil telefondan həddindən artıq istifadə edir.

Qeyd edək ki, Fransa, İtaliya və Çin də bu sahədə oxşar məhdudiyyətlər tətbiq edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az