Qəzzaya son hücumlar nəticəsində 7 fələstinli həlak oldu

15:55 - 27 Avqust 2025

Qəzzaya son hücumlar nəticəsində 7 fələstinli həlak oldu

İsrail ordusunun səhər saatlarından bəri həyata keçirdiyi hücumlarda 7 fələstinli həyatını itirib.


Manset.az xəbər verir ki, İsrail ordusu Qəzza Zolağında fələstinlilərin yaşadığı çadır və evləri hədəfə alıb.

Qəzza şəhərinin Derec məhəlləsində bir evə edilən hücum nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Şəhərin şimalında, Şeyx Rıdvan türbəsi yaxınlığında köçkün fələstinlilərin qaldığı çadırın hədəf alınması nəticəsində 9 nəfər yaralanıb.

İsrail ordusu həmçinin Qəzza Zolağının cənubundakı Xandadelfin və şəhərin qərbində yerləşən Qadisiyyə Qaçqınlar Düşərgəsindəki çadırları hava hücumları ilə vurub. Bu hücumlarda 2 nəfər həlak olub.

Xan Yunisin şimalındakı Asda bölgəsində fələstinlilərin yaşadığı çadırın bombalanması nəticəsində biri uşaq, biri gənc qız olmaqla 3 nəfər ölüb.

Digər tərəfdən, İsrail ordusu avqustun 11-dən etibarən Qəzza şəhərinin cənubundakı Zeytun məhəlləsinə hücumlarını davam etdirir. Onlar evləri partlayıcılar və top atəşləri ilə dağıdır, insanları zorla ərazidən köçürməyə çalışırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az