Türkiyədə zəncirvari qəza oldu - Yaralılar var

16:39 - 27 Avqust 2025

Türkiyədə zəncirvari qəza oldu - Yaralılar var

Türkiyənin Samsun əyalətində üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Qəza Samsun-Sinop yolunun Alparslan məhəlləsində, Oğuzhan Ç.-nin idarə etdiyi avtomobilin əvvəlcə yüngül ticari avtomobillə, sonra isə taksi ilə toqquşması nəticəsində baş verib.

Yaralılar – taksi sürücüsü və sərnişin Kərəm İ. Bafra Dövlət Xəstəxanasına yerləşdirilib. Sürücü Oğuzhan Ç. isə sərxoş olduğu üçün 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 15 min 900 lirə cərimələnib.

Hadisə ilə bağlı araşdırma aparılır. Qəza anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az