Yaponiyanın cənub-qərbində yerləşən Kaqosima prefekturasındakı Şinmoe vulkanında püskürmə qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, püskürmə yerli vaxtla saat 04:53-də baş verib. Təbii hadisə nəticəsində vulkandan 5500 metr hündürlüyünə qədər tüstü sütunu yüksəlib.
Vulkan püskürməsi səbəbindən ərazidə 3-cü səviyyəli xəbərdarlıq elan olunub. Agentlik sakinləri ehtiyatlı olmağa və ətraf ərazilərdə mümkün təhlükələrə qarşı tədbir görməyə çağırıb.
Qeyd edək ki, Şinmoe vulkanı aktiv vulkanlar sırasındadır və zaman-zaman bu kimi püskürmələr müşahidə olunur.