Çadda vəba epidemiyası nəticəsində ölənlərin sayı 75-ə çatıb.
Manset.az xəbər verir ki, Çadın Səhiyyə Nazirliyi ölkənin şərqində yayılan vəba epidemiyası səbəbindən daha 12 nəfərin həyatını itirdiyini açıqlayıb.
Beləliklə, iyul ayından bəri ölənlərin ümumi sayı 75-ə çatıb. Nazirliyin məlumatına görə, xüsusilə Uaddai əyalətində 900-dən çox şübhəli vəba hadisəsi qeydə alınıb.
Xalq Səhiyyə Naziri Abdelmadjid Abderahim isə sentyabrın əvvəlində ölkədə bir həftəlik peyvənd kampaniyasının keçiriləcəyini bildirib.