Belçika Fələstini dövlət kimi tanıyacaq

09:21 - 02 Sentyabr 2025

Belçika Fələstini dövlət kimi tanıyacaq

Belçikanın Xarici İşlər naziri Hadja Lahbib  sosial şəbəkə vasitəsilə açıqlama verərək ölkəsinin Fələstini BMT Təhlükəsizlik Şurasında rəsmi olaraq dövlət kimi tanıyacağını bildirib.


Manset.az xəbər verir ki, Belçika Fələstin dövlətinin yenidən qurulmasına tam sadiqliyini ifadə edir.

Nazirin sözlərinə görə, İsrail hökuməti və HƏMAS-a qarşı təzyiqlərin artırılması üçün ölkəsi ciddi qərarlar qəbul etməyə məcbur olub.

“Biz Fələstinin yenidən qurulmasına tamamilə sadiqik. Belçika, İsrail hökuməti və HƏMAS-a təzyiqi artırmaq üçün güclü qərarlar qəbul etmək məcburiyyətində qalıb,” – deyə nazir vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az