"Putin, Tramp və Zelenski arasında görüş razılaşdırılmayıb" - Kreml

10:05 - 02 Sentyabr 2025

\"Putin, Tramp və Zelenski arasında görüş razılaşdırılmayıb\" - Kreml

Rusiya Prezidenti Vladimir Putin ilə Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında üçtərəfli və ya ikitərəfli görüşlə bağlı razılıq yoxdur.


Manset.az xəbər verir ki, bunu Kremlin xarici siyasət müşaviri Yuri Uşakov deyib.

Onun sözlərinə görə, Alyaskada keçirilən görüşdə Trampın nümayəndəsi Stiv Vitkoffun Moskva səfərlərində əldə olunan razılaşmalar müzakirə edilib, lakin konkret qərar verilməyib.

Uşakov əlavə edib ki, Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin artırılması ideyası da yalnız ilkin müzakirə mərhələsindədir və hələlik konkret təklif yoxdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az