Zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatdı

12:44 - 02 Sentyabr 2025

Zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatdı

Əfqanıstanın Kunar əyalətində baş verən 6 bal gücündə zəlzələ nəticəsində 900 nəfər həlak olub, 3000-ə yaxın insan xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Axtarış-xilasetmə işləri davam edir. Dağlıq relyef və pis hava şəraiti səbəbindən bəzi kəndlərə çatmaq çətinləşib. Yaralılar helikopterlə xəstəxanalara çatdırılır.

Zəlzələ nəticəsində yollar bağlanıb, bəzi bölgələrdə sürüşmələr qeydə alınıb.

Əfqanıstanın beynəlxalq yardım çağırışından sonra Hindistan, Çin, İsveçrə və Böyük Britaniya bölgəyə yardım göndərəcəklərini açıqlayıb.

UNICEF bölgəyə 2000 yardım dəsti – gigiyena vasitələri, isti geyim və ədyallar – göndərib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Cəlalabaddan 27 km şimal-şərqdə, 8 km dərinlikdə qeydə alınıb. BMT-nin ilkin hesablamalarına əsasən, zəlzələdən ümumilikdə 12 min insan zərər çəkib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az