ABŞ fond bazarlarında avqust ayında yaşanan rekord artımlar milyarderlərin sərvətinə də təsirsiz ötüşməyib.
Manset.az xəbər verir ki, "Forbes"in 1 sentyabr 2025-ci il tarixli hesablamalarına əsasən, dünyanın ən varlı 10 şəxsi ümumilikdə sərvətlərini 1 faiz artıraraq 2,13 trilyon dollara çatdırıblar.
Ay ərzində ABŞ fond bazarındakı volatillik fərqli nəticələr doğurub – ilk onluğa daxil olan milyarderlərdən altısı sərvətini artırsa da, dördü sərvət itkisi ilə üzləşib. Ümumi artım isə cəmi 21 milyard dollar təşkil edib.
Sərvətini ən çox artıranlar texnologiya nəhəngi Google-un qurucuları olub. “Alphabet”in səhmlərinin 9 faizlik artımı nəticəsində Larri Peyc 20,3 milyard dollar, Sergey Brin isə 15,1 milyard dollar gəlir əldə edib.
Forbes-in yeni reytinqinə görə, 2025-ci ilin sentyabrına olan ən zəngin 10 şəxs aşağıdakı kimidir:
1. Elon MuskSərvəti: 415,6 milyard dollar
(Tesla, SpaceX, xAI, X)
Sərvəti: 270,9 milyard dollar
(Oracle)
Sərvəti: 253 milyard dollar
(Meta)
Sərvəti: 240,9 milyard dollar
(Amazon)
Sərvəti: 178,3 milyard dollar
(Google)
Sərvəti: 165,9 milyard dollar
(Google)
Sərvəti: 154,1 milyard dollar
(LVMH)
Sərvəti: 151,3 milyard dollar
(Microsoft, LA Clippers)
Sərvəti: 150,4 milyard dollar
(Nvidia, yarımkeçirici sənayesi)
Sərvəti: 150,4 milyard dollar
(Berkshire Hathaway)
Qeyd edək ki, reytinqdə ilk iki yer arasında sərvət fərqi 144,7 milyard dollar təşkil edir. Ekspertlərə görə, texnologiya sektorundakı güclü yüksəliş və investorların optimizmi milyarderlərin sərvətlərinə birbaşa təsir göstərməyə davam edir.