ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

16:37 - 02 Sentyabr 2025

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ-nin maliyyə naziri Skott Bessent Rusiyanın Ukraynadakı hücumlarını davam etdirdiyini bildirərək, Moskvaya qarşı yeni sanksiyaların gündəmdə olduğunu açıqlayıb.


Manset.az xəbər verir ki, "Fox News"a danışan Bessent, Vladimir Putinin Qərb liderləri ilə razılaşmalara zidd hərəkət etdiyini deyib.

“Bütün variantlar prezident Trampla masadadır. Bu həftə onları ciddi şəkildə nəzərdən keçirəcəyik”, – nazir bildirib.

Prezident Tramp isə avqustun 15-də Putinlə Alyaskada keçirilən sammitdən sonra demişdi ki, Rusiya-Ukrayna münaqişəsinin həllinə dair irəliləyişin olub-olmayacağı “iki həftə ərzində” bəlli olacaq. O, irəliləyiş olmazsa, “böyük sanksiyalar və ya tariflər” tətbiq edilə biləcəyini qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az