Avropa Birliyi 1 sentyabr 2025-ci ildən etibarən gel və hibrid dırnaq boyalarında istifadə olunan Trimetilbenzoil difenilfosfin oksidi (TPO) maddəsini qadağan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu maddə UV işıq altında gel dırnaqların sərtləşməsini təmin edir. Avropa qurumları onu potensial sağlamlıq riski daşıdığı üçün istifadədən çıxarıb, baxmayaraq ki, insan sağlamlığına birbaşa təsiri hələ dəqiq bilinmir.
Artıq TPO tərkibli məhsulların AB daxilində satışı və istifadəsi tam qadağandır. Salonlara məhsullarını yoxlamaq və TPO-suz alternativlərə keçmək tövsiyə olunur.
TPO hal-hazırda ABŞ-də qanuni sayılır, Böyük Britaniya isə onu 2026-cı ildən qadağan edəcək.
İstehlakçılara istifadə olunan dırnaq məhsullarının tərkibi ilə maraqlanmaları tövsiyə olunur.