Türkiyədə helikopter qəzası - Bir pilot həlak oldu

11:05 - 03 Sentyabr 2025

Türkiyədə helikopter qəzası - Bir pilot həlak oldu

Türkiyənin İzmir vilayətində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, hava nəqliyyatı vasitəsi qarğıdalı sahəsinə düşüb.

Hadisə nəticəsində helikopterdə olan pilotlardan biri həyatını itirib.

Qəza barədə məlumat daxil olan kimi əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Əməliyyat qrupları tərəfindən xilasetmə işlərinə başlanılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az