ABŞ Xəzinədarlıq Departamenti İran neftini İraq mənşəli kimi təqdim edərək satan beynəlxalq gəmiçilik şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şəbəkə nefti qarışdıraraq sanksiyalardan yayınmağa çalışıb və bu yolla İrana yüz milyonlarla dollar gəlir qazandırıb.
Sanksiyaya məruz qalanlar arasında şəbəkənin rəhbəri, İraq və Sent-Kitts və Nevis vətəndaşı Vəlid əl-Səmərra da var.
ABŞ Maliyyə Nazirinin nümayəndəsi Skott Bessent bildirib ki, İranın regiondakı təsirini zəiflətmək və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq üçün tədbirlər davam edəcək.