İsrailin hücumları və blokadası səbəbindən dərin humanitar böhran yaşayan Qəzzada aclıqdan ölənlərin sayı artmaqda davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son 24 saatda biri uşaq olmaqla 6 nəfər aclıqdan ölüb. Ümumilikdə, 2023-cü il oktyabrın 7-dən bu yana aclıqdan ölənlərin sayı 131-i uşaq olmaqla 367 nəfərə çatıb.
BMT-nin dəstəklədiyi IPC təşkilatı Qəzzada aclığın “fəlakətli səviyyədə” olduğunu bildirib. Son hesabatda yarım milyondan çox insanın aclıq və ölüm təhlükəsi ilə üz-üzə olduğu qeyd olunur.
İsrailin hücumları nəticəsində hazırda 2 milyona yaxın fələstinli evsiz qalıb. Qida, su, dərman və gigiyenik vasitələrin çatışmazlığı səbəbindən xüsusilə uşaqlar arasında ölüm halları artır. Mülki infrastrukturun 88 faizi dağıdılıb, sığınacaqlar isə hücumlara məruz qalır.
İndiyədək Qəzzada azı 63 633 fələstinli həlak olub, 160 mindən çox insan isə yaralanıb.