Bu ölkədə 14 yaşdan kiçik qızların hicab taxması qadağan ediləcək

14:39 - 03 Sentyabr 2025

Bu ölkədə 14 yaşdan kiçik qızların hicab taxması qadağan ediləcək

Avstriya hökuməti 14 yaşdan kiçik qızların dövlət və özəl məktəblərdə hicab taxmasını qadağan edən qanunu yaxın vaxtlarda qəbul etməyə hazırlaşır.


Manset.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, ilk pozuntuya görə valideynlər 100 avro, təkrar pozuntuya görə isə 1000 avro cərimə olunacaq. Qaydalar qüvvəyə minərsə, yalnız Vyanada 12 minə yaxın tələbə bu qadağadan təsirlənəcək.

Müsəlman icmaları isə hökumətin qərarını hüquq və azadlıqların məhdudlaşdırılması kimi qiymətləndirir. Qeyd edək ki, 2020-ci ildə Avstriya Konstitusiya Məhkəməsi hicab qadağasını ləğv etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az