Dünyanın ən böyük axtarış sistemi olan Google-un xidmətləri hal-hazırda işləmir.
Manset.az xəbər verir ki, ABŞ-də yerləşən şirkətin bir sıra populyar xidmətləri, o cümlədən e-poçt xidməti Gmail, video paylaşım platforması YouTube və digər xidmətlər, istifadəçilər üçün əlçatan deyil.
Qeyd edilir ki, "YouTube", "Gmail", "Google Meet", "Google Maps", "Google Drive" və Google-un süni intellekt botu Gemini kimi bir çox interfeys və tətbiq də hazırda istifadə oluna bilmir. Problem hələlik dünya miqyasında geniş yayılıb və istifadəçilər bu xidmətlərə daxil olmaqda çətinliklərlə üzləşirlər.