Qəzzada ölənlərin sayı 64 231 nəfərə çatdı

14:57 - 04 Sentyabr 2025

Qəzzada ölənlərin sayı 64 231 nəfərə çatdı

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına hücumlarında ölənlərin sayı 64 min 231-ə çatıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son 24 saatda 84 nəfər həyatını itirib, 338 nəfər yaralanıb.

İsrail ordusunun hücumları nəticəsində bu dövr ərzində 11 min 699 fələstinli ölüb, 49 min 542 nəfər isə yaralanıb.

Humanitar yardım məntəqələrinə edilən hücumlarda ölənlərin sayı 2356-ya, yaralananların sayı isə 17 min 244-ə yüksəlib. Qəzzada aclıqdan ölənlərin sayı 370-ə, o cümlədən 131 uşaq olmaqla artıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az