ABŞ prezidenti Donald Tramp, CBS News telekanalına verdiyi müsahibəsində, Rusiya və Ukrayna prezidentlərinin hələ sülhə hazır olmadığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Putin və prezident Zelenski ilə danışdığını bildirib.
"Əlbəttə, nəsə olacaq, lakin onlar hələ hazır deyillər. Amma mütləq nəsə olacaq. Biz bunu edəcəyik", – deyə Ağ Ev rəhbəri vurğulayıb.
Tramp, sülh sazişi bağlanmasında israrını davam etdirəcəyini qeyd edərək, öz baxışını “realist və optimist” adlandırıb. O, həmçinin bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ən çətin problemlərdən biri olub.
Prezident Trampın sözlərinə görə, ABŞ-nin bu məsələdə aktiv rolu və sülh prosesinə müdaxiləsi böyük əhəmiyyət daşıyır.