Pakistanda daşqın - 18 nəfər həyatını itirdi

16:45 - 04 Sentyabr 2025

Pakistanda daşqın - 18 nəfər həyatını itirdi

Pakistanın müxtəlif bölgələrində baş verən daşqın və yağışla əlaqədar hadisələrdə 18 nəfərin həyatını itirdiyi, 29 nəfərin isə yaralandığı bildirilib. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, baş verən təbii fəlakət nəticəsində böyük maddi ziyan da yaranıb və həlak olanların bir çoxu da daşqın səbəbindən həyatını itirib. Yaralılar arasında vəziyyəti ağır olanların olduğu bildirilir. Hazırda fəlakət zonasına təcili yardım və xilasetmə komandaları göndərilib.

Daşqın və yağışların davam etməsi ilə əlaqədar vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıqlar edilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az