Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Uhtegini nazirliyə çağıraraq onun ölkədən çıxarıldığını bildirib.
Manset.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, bu addım Estoniyanın avqustun 13-də Rusiyanın Tallindəki səfirliyində bir diplomatı persona non-qrata elan etməsinə cavab olaraq atılıb.
Bəyanatda qeyd olunub ki, Rusiya tərəfi qarşılıqlılıq prinsipinə əsaslanaraq Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşını ölkədən çıxarmaq qərarı verib.
“Estoniya tərəfinə bildirilib ki, Tallin tərəfindən atılacaq istənilən düşmən addımı cavabsız qalmayacaq”, – Rusiya XİN vurğulayıb.