Corco Armani vəfat etdi

23:57 - 04 Sentyabr 2025

Corco Armani vəfat etdi

Dünyaca məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi​ Corco Armani 91 yaşında vəfat edib. 


Manset.az xəbər verir ki, bu barədə məlumatı “La Repubblica” yayıb.

Son zamanlar modelyerin səhhətinin pisləşməsi barədə məlumatlar yayılırdı.

Armaninin 91 yaşı iyulun 11-də tamam olmuşdu.

“Forbes”in ən son məlumatına görə, italiyalı dizaynerin sərvəti 12,1 milyard dollar təşkil edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az