İraqın Mosul şəhərində tarixi ərazidə yeni arxeoloji kəşf edilərək, 2300 illik qəbiristanlıq aşkarlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bu ərazi, bölgədəki suların çəkilməsi nəticəsində gün üzünə çıxıb.
Mosul şəhərində temperaturun mövsümi normadan yüksək olmasına səbəb olan quruma prosesi, qədim Ellinizm dövrünə aid olan qəbiristanlığın aşkar olunmasına imkan yaradıb. Qəbiristanlıqda aparılan qazıntılar zamanı 40 mozaik qəbir, həmçinin çoxsaylı skeletlər tapılıb.
Səlahiyyətlilər, bu tikililərin eramızdan əvvəl 300-cü illərdə Selevkilər İmperiyası dövründə inşa edildiyini bildirirlər. Qazıntı işlərinin başa çatması ilə tapılan məzarların muzeyə daşınması nəzərdə tutulur.