İşiba istefa verəcək

11:54 - 07 Sentyabr 2025

İşiba istefa verəcək

Yaponiyanın Baş naziri Şiqeru İşiba istefa vermək qərarına gəlib.


Manset.az xəbər verir ki, bu barədə "NHK" kanalı məlumat yayıb.

Məlumata görə, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında (LDP) parçalanmanın qarşısını almaq üçün bu qərarı verib.

Media Şiqeru İşibanın hakim koalisiyanın iyulda parlamentin yuxarı palata seçkilərində məğlubiyyətindən sonra istefasını elan edəcəyini yazmışdı. Səsvermə İşibanın Liberal Demokrat Partiyası (LDP) və onun koalisiya tərəfdaşı Komeitoya böyük zərbə olub. Ölkənin müasir tarixində ilk dəfə olaraq, hakim koalisiya parlamentin hər iki palatasında çoxluğu itirib. Yuxarı palatada koalisiya indi 248 yerin yarısından azına nəzarət edir, bu da hökumətin qanun qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Parlament seçkilərindəki uğursuzluqdan sonra partiyada bir çox insan İşibanın istefasını tələb edib.

Qeyd edək ki, Şiqeru İşiba ötən ilin oktyabrında baş nazir seçilib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az