Rusiyaya nota verildi

21:48 - 08 Sentyabr 2025

Rusiyaya nota verildi

Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ona Rusiya helikopterinin ölkənin hava məkanını pozması ilə bağlı rəsmi nota təqdim edib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, sentyabrın 7-də Rusiyaya məxsus Mi-8 helikopteri Vaindloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olub və təxminən 4 dəqiqə orada qalıb.

Xarici işlər naziri Marqus Çakxnının sözlərinə görə, bu, daha bir ciddi və təəssüf doğuran hadisədir. Onun sözlərinə görə, bu, cari ildə il üçüncü pozuntudur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az