İran Prezidenti Məsud Pezeşkian Türkiyənin ABŞ-İsrailin İranı hədəf alan hücumlarını qınayan mövqeyini və xüsusilə türk xalqının İranla həmrəyliyini yüksək qiymətləndirdiklərini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya görə, Pezeşkian ilə Prezident Rəcəb Tayyib Ərdoğan telefon əlaqəsi qurub.
Liderlər görüşdə müharibənin sona çatdırılması üçün mümkün həll yolları barədə fikir mübadiləsi aparıblar.
İranın qarşısında hərbi hücumların dayandırılması istiqamətindəki səylərinə görə bəzi dost və qonşu ölkələrə təşəkkür edən Pezeşkian, "Türkiyənin İran qarşısında amansız hücumları qınayan mövqeyi və xüsusilə türk xalqının İranla dərin həmrəyliyini yüksək qiymətləndiririk" - ifadələrini işlədib.