İstanbulun Kadıköy şəhərində 15 yaşlı Mattia Ahmet Minguzzi-nin bıçaqlanaraq öldürülməsi ilə bağlı 4 müttəhimin məhkəməsində hökm elan edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki təqsirləndirilən şəxs “qəsdən uşaq öldürmək” ittihamı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib. Digər ikisi isə sərbəst buraxılıb.
Məhkəmə hökmündən sonra “Mən indi ancaq ilahi ədalətə güvənirəm, bu qədər” - deyə ana Yasemin Minguzzi əsəb sarsıntısı keçirib.