Efiopiyanın şərqində qatarın toqquşması nəticəsində 15 nəfər həlak olub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, Efiopiyanın Cibuti ilə sərhədindəki Dewele şəhərindən Dire Dava şəhərinə gedən sərnişin qatarı qəzaya uğrayıb.
Məlumata görə, qatar Şinile şəhəri yaxınlığında relsdən çıxıb və digər hərəkətsiz qatarla toqquşub.
Dire Dawa qəsəbə rəsmiləri qəzada 15 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.
Hadisənin görüntülərində bəzi vaqonların aşdığı, digərlərinin isə əzildiyi görünür.