Türkiyədə ağılasığmaz hadisə  - Avtomobili bilərək üzərinə sürdü

14:35 - 22 Oktyabr 2025

Türkiyədə ağılasığmaz hadisə  - Avtomobili bilərək üzərinə sürdü

Ötən gecə Türkiyənin Maltəpə ərazisində sürücünün qəsdən avtomobili üzərinə sürdüyü şəxs səki ilə avtomobil arasında sıxışaraq ölüb. Hadisə yerindən qaçan şübhəli polislər tərəfindən yaxalanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Türkiyə saatı ilə 02:40 radələrində Maltepenin Fındıklı məhəlləsində baş verib.

Məlumata görə, 27 yaşlı Batuhan E. ilə Baran İ. arasında mübahisə düşüb.

Mübahisə böyüyərkən Batuhan E. 01 AEM 120 dövlət nömrə nişanlı avtomobilini qəsdən Baran İ-nin üzərinə sürüb. Sürücü Baran İ. və onu təxminən 3 metr sürüyərək, daha sonra piyadanı avtomobillə səki arasında sıxıb. Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Şübhəli şəxs hadisədən sonra qaçıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az