9 min dollarlıq "Labubu" kolleksiya kuklası oğurlandı

14:45 - 22 Oktyabr 2025

9 min dollarlıq \"Labubu\" kolleksiya kuklası oğurlandı

Avstraliyanın Melburn şəhərində 40 yaşlı kişi təxminən 9000 dollar dəyərində olan 43 Labubu kolleksiya kuklasını oğurlamaqda ittiham olunur. Polis oğurlanan kuklaların bəzilərinin məhdud sayda kolleksiyanın bir hissəsi olduğunu bildirib.



Manset.az "ABC News"a istinadən xəbər verir ki, polis çərşənbə axşamı Melburnun qərbindəki "Airport West" bölgəsində əməliyyat keçirib.

Əməliyyat zamanı polis təxminən 9000 dollar dəyərində 43 ədəd Labubu kolleksiya kuklasını ələ keçirib və kuklaları oğurladığı iddia edilən 40 yaşlı kişini oğurluq və oğurlanmış əşyaları saxlamaqda ittiham edərək nəzarətə götürüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az