Avqustun 27-də Diyarbəkirdə 9 yaşlı uşağı qaçırmağa cəhd ittihamı ilə həbs edilən Gökhan Kıratlının (28) ifadəsi işin ilk iclasında məlum olub. Təqsirləndirilən şəxs ifadəsində "Uşaq qarşıma çıxdı, uşağı görəndə hirslə onu tutub buraxdım. Mən onu buraxdıqdan sonra ərazidəki dükançılar qarşımda dayanıb məni səhv başa düşdülər, uşağa qarşı heç bir pis niyyətim yox idi" deyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə avqustun 27-də günorta saatlarında Yenişehir məhəlləsi, Lise 1-ci küçəsində baş verib. Gökhan Kıratlı HA-nı köynəyindən tutaraq zorla aparmağa çalışıb.
Uşaq "qardaş, məni xilas et" deyə qışqıran Kıratlının işinə tikinti materialları satan dükan sahibi Ahmet Aslan (42) müdaxilə edib. Uşaq Gökhan Kıratlının əlindən qaçaraq xilas edilib.