Görüş ləğv edildi - Rusiya neftinə ağır SANKSİYA

09:37 - 23 Oktyabr 2025

Görüş ləğv edildi - Rusiya neftinə ağır SANKSİYA

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.


Manset.az xəbər verir ki, bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib.

“Bunu düzgün hesab etmədim”,- deyə Tramp səbəbini belə izah edib.

Açıqlama fonunda ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyalar elan edib.

“Mən Putinə hörmətlə yanaşıram, amma indi görüşün faydasız olacağını düşündüm. İstədiyimiz nəticəni ala bilməyəcəkdik”, – deyə o, NATO baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında söyləyib.

Ağ Ev rəhbəri əlavə edib ki, Putinlə ünsiyyət “xoş keçsə də, nəticə vermir” və görüş gələcəkdə bərpa oluna bilər.

Görüşün ləğvi Vaşinqtonun Rusiyanın “sülh prosesinə səmimi yanaşmadığı” qənaətinə gəlməsi ilə izah olunur. ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, sanksiyalar “Kremlin hərbi maşınını maliyyələşdirən iki ən böyük neft şirkətinə” yönəlib.

Sanksiyalar bu şirkətlərin aktivlərinin ABŞ ərazisində dondurulmasını və onlarla yeni müqavilələrin bağlanmamasını nəzərdə tutur.

“Vaxt gəldi. Biz çox gözlədik. Bu, böyük sanksiyalardır. Ümid edirəm ki, həm Putin, həm də Zelenski sülhə razılaşar, çünki tango iki nəfərlik rəqsdir", - Tramp deyib.

Yeni sanksiyalar fonunda neft qiymətləri qalxıb. Avropa İttifaqı da eyni gün Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib, yeni qadağalar Rusiya qazının idxalına məhdudiyyətlər gətirir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az