ABŞ-da yerləşən Norveç robototexnika startapı ev işlərini görən yeni robot hazırlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "1X Technologies" ev işlərini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş insanabənzər robot NEO üçün ilkin sifarişləri qəbul etməyə başlayıb.
NEO gündəlik həyatı asanlaşdırmaq üçün hazırlanmış robot kimi diqqəti çəkir. İnsanabənzər dizaynı ilə NEO şifahi əmrlərlə və ya mobil proqram vasitəsilə idarə oluna bilir.