Yalovada 5-ci mərtəbənin pəncərəsindən yıxılan sənətçi Güllünün ölümü ilə bağlı araşdırma davam edir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra Güllünün qızı Tuğyan Ülkem Gülter və oğlu Tuğberk Yağızla bağlı iddialar manşetlərə çevrilib. Gülterə aid olduğu iddia edilən WhatsApp mesajlarının üzə çıxmasından sonra Yağızın anasını təhqir etdiyi iddiaları yenidən gündəmə gəlib.
26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonu Harmanlar məhəlləsində Vəli Akı küçəsində yerləşən yaşayış binasının 5-ci mərtəbəsindəki örtülü terrasda qızı və dostu ilə vaxt keçirən məşhur sənətçi Güllü pəncərədən yıxılaraq həyatını itirib.
Məşhur sənətçinin ölümü ilə bağlı istintaq davam edərkən, Güllünün qızı Tuğyan Ülkem Gülter və oğlu Tuğberk Yağız haqqında səslənən iddialar diqqət çəkir.