İstanbulun Beyoğlu səmtində 13 yaşlı uşaq mübahisədən sonra məktəb yoldaşını küçənin ortasında boynundan bıçaqlayıb. İddiaya görə hücumçunun tələbələri “Sabah səhər məktəbdə qırğın olacaq” deyərək hədələyib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Beyoğlu səmtində iki uşaq arasında baş verən mübahisə qanla bitib.
Hadisə ötən gün saat 09:00 radələrində Hacıəhmət məhəlləsində baş verib.
Məlumata görə, eyni yaşda olan və eyni məktəbdə oxuyan 13 yaşlı M.A. ilə 13 yaşlı E.D. arasında mübahisə düşüb. Hadisədən sonra E.D. dünən səhər saatlarında bıçaqla evdən çıxıb və küçədə maşınların arasında M.A.-nın gəlməsini gözləyib.
Bir müddət sonra küçəyə girən M.Ə. qarşısına çıxan E.D. tərəfindən boynundan bıçaqlanıb.
 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            