Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

20:14 - 01 Noyabr 2025

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Panorama.am Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən məlumat verir.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az